Mingəçevir şəhəri haqqında
M Ə L U M A T
Rayon (şəhər): Mingəçevir şəhəri
Bakıdan şəhərin mərkəzinədək məsafə (km): Bakı-Kürdəmir-Mingəçevir-323 km, Bakı, Şamaxı, Mingəçevir-275 km
İnzibati mərkəz: Mingəçevir şəhəri
Hava nəqliyyatı ilə (təyyarə ilə) gediş: yoxdur
Dəmir yolu ilə (qatarla) gediş: Mingəçevir–Bakı avtobusla: 4-6 saata
Şəhər (rayon) mədəniyyət və turizm şöbəsi: Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi:
Əlaqə telefonu: (024) 274-07-97, (024) 274-91-87
1. Bölgənin coğrafi vəziyyəti və relyefi: Joğrafi cəhətdən şəhər respublikanın mərkəzində, Kür çayının hər iki sahilində yerləşmişdir. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 16070 milyon m3, uzunluğu 70 km, maksimal eni-18 km, su örtüyünün sahəsi 605 km2 , orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 mertdir.
2. Təbiəti (bitki və canlı aləm): Mingəçevir ərazisində dağətəyi və alçaq dağlıqlarda yovşanlı-efemerli bitkilər, şoranotu, dəvətikanı və Kür boyunca ağyarpaq qovaq, söyüd, qarağacdan ibarət tuğay meşələri yayılmışdır.
Mingəçevir ərazisində boz, boz qonur, boz çəmən, Kür boyunca isə allüvi çəmən torpaqları yayılmışdır. Şəhər yarımsəhra landşafındadır.
3. İqlimi: Mingəçevir şəhərinin iqlimi yarımsəhra, quruçöl iqlimindəndir. Subturopik qurşağın Aralıq dənizi iqlim vilayətində yerləşir ki, bu da yayın isti, quru, qışı isə mülayim rütubətli keçməsi ilə xarakterizə olunur. İllik yağıntının miqdarı 200-400 mm arasında dəyişir, buxarlanma qabiliyyəti 800-1400 mm-dir. Temperatur yay aylarında 35-400 S-yə çatır, mütləq maksimum temperatur isə 41-440 S-dək yüksəlir. Orta illik temperatur 14-150 -dir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir.
4. Qısa tarix: Ən qədim yaşayış məskənlərindən biri olan Mingəçevirin tarixi hələ bizim eradan əvvələ- enolit dövrünə qədər gedib çıxır. Tanınmış səyyah Elviya Çələbi XVII əsrdə buralarda olarkən öz qeydlərinədə Mingəçevir haqqında yazmışdır ki, Bozdağa yaxın yerləşən Mingəçevirin bir neçə məscidi, sənətkarlıq emalatxanaları, toxuculuq, ipəkçilik sahələri üzrə sexləri, Kürün üzərində keçid körpüsü rahat yolu olmuşdur. Bu yolu «Səfirlər yolu» adlandırırlarmış. Bu yol Kürün ən dar və subasma cəhətdən ən təhlükəsiz bir yeri imiş. Bu yol Azərbaycanın şərqini qərblə, eləcə də qonşu dövlətlərlə əlaqələndirər, böyük ticarət şəraiti yaradardı. Mingəçevir toponiminin ilk mənbələrindən biri də Mingəçevirə yaxın olan Hürüuşağı kəndinin qəbiristanlığındakı XIII əsrə aid başdaşlarına həkk olunan yazılardır. Bu kitabələrdəki «Mingəçevirdən dəfn olunub» sözləri şəhərimizin adının hələ XIII əsrin əvvəllərində mövcudluğuna dəlalət edir. Bu günə kimi dörd torpaq qatı üstündə qurulub-dağılan Mingəçevir enolit və tunc dövrlərin yadigarlarından biridir. Uzun minilliklər ərzində dağılıb – tikilən və öz növbəti həyatını yaşayan Mingəçevir bu gün yenidən təşəkkül taparaq respublikamızın gözəl sənaye və Turizm şəhərlərindən birnə çevrilmişdir.
5. İqtisadiyyat: Mingəçevir respublikanın dördünü iri sənaye mərkəzidir. Ölkənin 60 faizdən çox elektrik enercisini istehsal edən Azərbaycan İstilik Elektrik stansiyası və SES silsiləsi ilə yanaşı şəhərdə Elektrotexnika müəssisələri «Azərkabel» və «İzolit» ASJ-lər, Kimya və Neft-kimya müəssisələri «Şüşə-lifi», «Texniki-rezin» və «Regenerat» ASJ-lər, maşınqayırma müəssisələri «Azyolneftmaş» və «Maşın-təmir» ASJ-lər, yüngül sənaye müəssisələri «Toxucu» ASJ və «Nur» tikiş fabriki, yeyinti sənayesi müəssisələri Ət kombinatı və Çörəkbişirmə müəssisələri və digər sənaye məhsulları istehsalı sahələri yerləşir.
6. Xalq sənəti: xalçaçılıq, misgərlik, sərraclıq, duluzçuluq, dəmirçilik, papaqçılıq, şəbəkə, ağac və daş üzərində oyma, ipəkçilik, zərgərlik və s. yoxdur
7. Təbiət və tarix abidələri:
A) Təbiəti: Milli parkı, qoruğu, meşələr, mineral sular, göllər, mağaralar. Yoxdur.
Mingəçevir Bozdağın ətəyində, Kür çayının sahilində yerləşir.Ərazisi-130 kv. km-dir.
Azərbaycandakı süni göllərin ən nəhəngi Mingəçevir Su anbarıdır. Onun sahəsi 605 km2 uzunluğu 70 km, eni 18 km, orta dərinliyi 27 m-dir. Mingəçevir su anbarının sahəsi respublika əhəmiyyətli bütün su anbarlarının ümumi sahəsinin 72 % -ni, həcmi isə 85% –ni təşkil edir.
B) Tarix: tarixi – memarlıq qoruqları, memarlıq abidələri, məbədlər, məzarlar, məskunlaşma, qalalar, arxeoloci tapıntılar, qədim məscidlər, alban məbədləri, kilsələr, mədəni qoruqlar və s.
Mingəçevirdə şəhər kimi mövcud olduğu 59 ildə bitkin memarlıq ansamblı yaranmıışdır. Su Elektirik Stansiyasının bina kompleksi-1954-cü il, Dram Teatr- 1953-ci il, Teatr meydanına daxil olan ictimai binalar-1948-1952-ci illərdə inşa edilmişdir. 1941-1945-ci il dünya müharibəsində həlak olanların xatirə kompleksi-1975-ci, «Şəhidlər xiyabanı», «Azərbaycanlıların soyqırımı və deportasiyası», «Ana dili», «İstiqlal» abidələri və abidə kompleksləri 1991-2004-cü, «Heydər Əliyev» məscidi, 1995-ci il, Şərq və qərb giriş qapıları- 1991 və 2004-cü, «Nur» şəhəri abidəsi- 2005-ci, Heydər Əliyev kompleksi (meydan, muzey, abidə) – 2005-2006-cı, Bələdiyyə meydanı və ətrafdakı ictimai binalar-1954-1958-ci, şəhər körpüləri- 1948-ci və 1966-cı illərdə tikilmişdir.
Mingəçevir şəhərində olan abidələr haqqında qısa məlumat
Sıra sayı |
Abidələrin adı | Yerləşdiyi yer |
Yaranma tarixi |
Ölçüsü |
Hazırlandığı material |
1 | H.Əliyev abidəsi | H.Əliyev meydanı | 2006-cı il | H=5.9 metr | Qranit |
2 | S.Vurğunun büstü | S.Vurğun küçəsi | 1991-ci il | 5x6x4 | Turc |
3 | «İstiqlal» abidəsi |
H.Əliyev pr-ti S.Vurğun küç. kəsişdiyi yer |
2003-cü il | H=8 metr |
Dəmir beton |
4 | 1941-1945-ci il Böyük Vətən müharibəsinə həsr edilmiş abidə kompleksi | Nizami prospekti | 1985-ci il | 13x8x4 | Beton |
5 | Ana dili abidəsi |
H.Əliyev pr-ti S.Vurğun küç. kəsişdiyi yer. |
2002-ci il | H=8 metr | Dəmir-beton-mərmər |
6 | Nur şəhəri | Samux küç. | 2004-cü il | H=22,5 metr | Dəmir-beton |
7 |
«Azərbaycanlıların soyqırımı və Deportasiyası» abidəsi |
20 Yanvar küçəsi (Şəhidlər xiyabanı) | 2001-ci il | H=13 metr | Dəmir-beton-aqlay |
8 | Sülh və əmək kompleksi | H.Əliyev pr-ti | 1978-ci il | 4x3x6 | Beton |
Memarlıq abidələri
Sıra sayı |
Abidələrin adı |
Yerləşdiyi ünvan |
Tarixi |
1 |
Mingəçevir Dövlət Dram teatrının binası |
Mingəçevir şəhəri, M.Füzuli küçəsi |
1953-cü il |
2 |
20 Yanvar Şəhidlərinin xatirə kompleksi |
20 Yanvar küçəsi |
1991-ci il |
3 |
Yaşar Muradovun büstü |
Y.Muradov küçəsi |
1988-ci il |
4 |
Ruslan Muradovun büstü |
R.Rza küçəsi |
1993-cü il |
5 |
Malik Əsədovun büstü |
M.P.Vaqif küçəsi |
1992-ci il |
6 |
Atəşgah memarlıq kompleksi |
Şəhər çimərliyində |
1980-ci il |
7 |
İlqar Dəmirovun büstü |
M.P.Vaqif küçəsi |
1993-cü il |
8 |
Nizami Səmədovun büstü |
S. Vurğun prospekti |
1996-cı il |
9 |
Nurəddin Sadıqovun büstü |
S. Vurğun prospekti |
1996-cı il |
10 |
Vaqif Abdullayevin büstü |
S.Vurğun prospekti |
1996-cı il |
11 |
Sabir Əhmədovun büstü |
S.Vurğun prospekti |
1996-cı il |
12 |
Rəşad Mirabovun büstü |
D.Əliyeva küçəsi |
1997-ci il |
13 |
Dilqəm Nağıyevin büstü |
M.Ə.Sabir küçəsi |
1996-cı il |
14 |
Xalq şairi R.Rzanın baralyefi |
R.Rza küçəsi |
2000-ci il |
15 |
«Ana dili» abidəsi |
H.Əliyev prospekti |
2002-ci il |
16 |
«İşıq qapısı» abidəsi |
Xaldan şossesi |
2002-ci il |
8. İstrahət və əyləncə yerləri:
1. Heydər Əliyev parkı
2. Dostluq parkı
3. Bələdiyyə parkı
4. İlk qurucular parkı
5. Səhiyyə işçiləri parkı
6. Sahil parkı
7. Şəhər çimərliyi
1. Muzeylər, qalereyalar:
Mingəçevirdə H. Əliyev Mərkəzi, Tarix muzeyi və onun filialı olan Şəhidlərin xatirə muzeyi, bir rəsm qalereyası fəaliyyət göstərir.
H.Əliyev Mərkəzi 2006-cı ilin may ayından istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirinin 24.01.2012-ci il tarixli 19 nömrəli əmri ilə Heydər Əliyev muzeyi Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Mərkəzdə ulu öndərimiz H.Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilir. Mərkəz H.Əliyev prospektində yerləşir. Tel. (024) 274-68-47
Mingəçevir şəhər Tarix muzeyi 1968-ci il yanvarın 11-də istifadəyə verilib. Muzeydə qədim və müasir Mingəçevirin tarixini əks etdirən materiallar nümayiş etdirilir. Muzey V.Hüseynov küçəsi 1a ünvanında yerləşir.
Mingəçevir Tarix muzeyinin filialı olan Şəhidlərin xatirə muzeyi 1995-ci ildə yaradılıb. Şəhərimizdə olan 322 Şəhid haqda materiallar nümayiş etdirilir. O cümlədən 6 milli qəhrəman, 7 Azərbaycan Bayrağı Ordeni, 3 igidliyə görə medalı ilə təltif olunmuş şəhidlərin sənədləri və sair materiallar var. Muzey 20 Yanvar küçəsində «Şəhidlər xiyabanında» yerləşir.
2. Teatrlar, dövlət rəsm qalereyası, parklar, kinoteatrlar, attraksionlar:
Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrı M.Füzuli küçəsində yerləşir. Tel.(024) 274-39-67
Şəhid M.Müşviq adına «Dostluq» mədəniyyət və istirahət parkı N.Nərimanov küçəsində yerləşir.
«Sahil» parkı Kür çayının sol sahilində yerləşir.
«Heydər Əliyev parkı» H.Əliyev prospekti, H.Əliyev Mərkəzinin qarşısında yerləşir.
«Dostluq» parkı N.Nərimanov küçəsində yerləşir
Bələdiyyə parkı H.Əliyev prospektində yerləşir
İlk qurucular parkı H.Əliyev prospektində yerləşir
Səhiyyə işçiləri parkı H.Əliyev prospektində yerləşir
3. Çimərlik, alpinizm, balıqçılıq, ovçuluq, atla gəzinti:
Yay mövsümündə fəaliyyətə başlayan şirin sulu çimərlik şəhər əhalisinin və ətraf yaşayış məntəqələrindən gələn insanların sevimli yeridir. Mingəçevirdə cəlb edici amillərdən biri də burada ovçuluq üçün əlverişli şəraitin olmasıdır. Mingəçevirdə ilin bütün fəsillərində balıq ovu ilə məşğul olmaq olur. Şah mahi (Şamayka), Şırvıd (Sudak), Həşəm, çəki balıqları Mingəçevir su hövzəsində yaşayan balıqlardır. Kür çayında olan xərçənglər özlərinin dad keyfiyyətləri və müalicəvi əhəmiyyətləri ilə fərqlənirlər. Mingəçevir ətrafındakı dağlarda kəklik, turac, dovşan, su hövzəsində isə qaz, ördək, qaşqaldaq, su toyuğu və sultan quşlarına rast gəlmək olur.
9. Harada qalmaq: Mehmanxanalar, turbazalar, motellər və s. (adları, telefon nömrələri və orada göstərilən xidmət):
Yeni istifadəyə verilmiş dörd ulduzlu «RİVER SAYD» oteli müştərilərə avropa standartları səviyyəsində xidmət göstərir. Kürün sağ sahilində yerləşir. Buradakı qayıqlar, su velosipedləri və su motosikiletlərində gəzintiyə çıxmaq insana unudulmaz anlar yaşadır. Tel: (024) 274-93-73
«Kür» mehmanxanası- S.Vurğun və D.Əliyeva küçələrinin kəsişdiyi yerdə yerləşir. Tel. (024) 274-72-87, «Orxan» oteli- ünvan H.Əliyev prospekti 61, tel: 275-69-20, «Səməni» mehmanxanası H.Hüseynov küçəsi 11 ünvanda yerləşir. Tel. (024) 274-29-98, 274-14-16
«Bakı» restoranı A.Məmmədov küçəsində yerləşir
«Mirac» restoranı Kürün sağ sahilində yerləşir
«Atəşgah» restoranı Dəniz sahilində yerləşir. Tel.(024) 274-33-99
«Çinar» restoranı Gəncə şossesinin kənarında yerləşir
«Kümbəz» restoranı Kürün sağ sahilində yerləşir.
Tel.: (024) 274-49-40
«İzmir» kafesi İ.İslamzadə küçəsində yerləşir, tel: (024) 274-88-08
«Gənclik» kafesi N.Rəfibəyli küçəsi 1 ünvanda yerləşir
«Tələbə» kafesi H.Əliyev prospektində yerləşir
«Qar-qar» restoranı M.Maqomayev küçəsi ilə V.Hüseynov küçəsinin kəsişdiyi yerdə yerləşir
«Yaşıl ada» kafesi «Dostluq parkında yerləşir
«Hasil» restoranı M.Maqomayev küçəsi ilə V.Hüseynov küçəsini kəsişməsində yerləşir
«Təranə» kafesi M.Maqomayev küçəsində yerləşir
«Günel» kafesi M.Maqomayev küçəsində yerləşir. Tel.: (024) 274-11-66
Ana və uşaq istirahət mərkəzi Heydər Əliyev parkında yerləşir.
Bölgədə fəaliyyət göstərən turist şirkətləri yoxdur.
Turizm və Səyahətlər bürosu fəaliyyət göstərir, ünvan: V.Hüseynov küçəsi, 2/45,
Tel: (024) 274-67-52
Mingəçevir şəhər
Mədəniyyət və Turizm şöbəsi