12-18 oktyabr 2012-ci il tarixlərdə Mədəniyyət və Turizm şöbəsi və onun müəssisələrində 18 oktyabr-Dövlət müstəqilliyi günü münasibətilə...

10.10.2012 16:08

12-18 oktyabr 2012-ci il tarixlərdə Mədəniyyət və Turizm şöbəsi və onun müəssisələrində 18 oktyabr-Dövlət müstəqilliyi günü münasibətilə tədbirlər təşkil ediləcəkdir.
Mədəniyyət və Turizm şöbəsi 10-17 oktyabr 2012-ci il tarixlərdəşəhərin istedadlı gəncləri arasında Dövlət müstəqilliyimizi tərənnüm edən şer və mahnı müsabiqəsi təşkil edəcəkdir.
Mədəniyyət və Turizm şöbəsi 18 oktyabr 2012-ci il tarixdə saat 19-00-da Mingəçevir şəhər Heydər Əliyev parkında yerləşən  Yay estrada səhnəsində "Dövlət müstəqilliyi günü" münasibətilə bayram konserti təşkil edəcəkdir.