Yaranma tarixi- 1968-ci il 11 yanvar
1946-1953 –cü illərdə Mingəçevirdə görkəmli alim S.Qazıyevin rəhbərliyi ilə aparılan qazıntılar zamanı bu ərazilərdə 20 minə qədər maddi- mədəniyyət abidələri tapılmışdır.Bu eksponatlar öyrənilməsi üçün Azərbaycan Elimlər Akademiyasına göndərilmişdir və 50 eksponatla Mingəçevir şəhər tarix muzeyi fəaliyyətə başlayıb.
Mingəçevir şəhər Tarix muzeyinin zəngin fondu var. Beləki şəhərimizin tarixinin b.e.ə III- I əsrlərə qədər gedib çıxdığını sübut edən nadir eksponatlar var. Tunc dövrünün sonu dəmir dövrünün əvvəllərinə aid olan bəzək əşyaları, əmək alətləri, Təbərzin baltaları, tunc xəncərlər, gil qablar, küp qəbirlərindən tapılmış b.e.ə. II b.e-nın II-IV əsrlərinə aid olan qədim bəzək əşyaları, əmək alətləri məişət əşyaları muzeyin fondunu bəzəyir.
Hal-hazırda muzeydə 14697 eksponat var və bunlardan 12167-i nümayiş etdirilir, sahəsi- 828,2 m2 sahəsi olan muzey 9 mərtəbəli yaşayış binasının I mərtəbəsində uyğunlaşdırılmış binada yerləşir
Tamaşaçıların sayı – 2006- cı ildə- 38299, 2007-cı ildə -38322, 2008-ci ildə 38950, 2009- cu ildə 40116, 2010- cu ildə 40101 tamaşaçıya xidmət göstərilmişdir. Məlumat üçün deyək ki, tarix muzeyinin filialı olan Şəhidlər Xatirə muzeyi hər il 20 Yanvar, Xocalı faciəsi günü, soyqırım günü və Respublikanın rayonlarının işğal günləri kütləvi surətdə 10 minlərlə tamaşaçı qəbul olunur.
Muzeyin yeni binaya ehtiyacı var. Ekspozisiya sovetlər dövründən tərtib olunduğundan müasir tələblərə cavab vermir və yenidən qurulmasına ehtiyac var.
əlavə məlumat- 1946-1953- cü illərdə Mingəçevirdə qazıntılar zamanı tapılmış 20 minə qədər eksponat öyrənilməsi üçün Azərbaycan Elimlər Akademiyasına göndərilmiş və hal-hazırda Azərbaycan Tarix muzeyinin fondunda saxlanılır.Həmin eksponatların Mingəçevir Tarix muzeyinə verilməsi zəruri hesab edilir.