BAYRAMINIZ MÜBARƏK ! | |
Mingəçevir şəhər mədəniyyət işçiləri 31 Dekabr Dünya Azərbayanlılarının Həmrəyliyi Günü və "Yeni il" bayramı münasibətilə H.Əliyev Mərkəzində “H.Əliyev siyasi xəttinin ardıcılları” disskussiya klubunun “H.Əliyev Dünya Azərbaycanlılarının həmrəyliyinin əsasını qoyan dahi liderdir” mövzusunda dəyirmi masa, musiqi məktəbinin kollektivi tərəfindən bayram münasibətilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncəli şou proqram, H.Əliyev Mərkəzində - 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Yeni İl” münasibəti konsert proqramı təşkil etmişdilər. | |
Mingəçevir-64 Bayram təntənələri | |
Mingəçevir şəhəri 11 noyabr 2012-ci il tarixində şəhərin 64-cü ildönümünü qeyd etdi. Təşkil edildiyi tədbirdə şəhərin İcra başçısı Niyazi Bayramov, Millət vəkili Aydın Mirzəzadə, və digər idarələrin, şöbələrin rəhbərləri iştirak etmişlər. Tədbirdə Mingəçevir şəhəri Mədəniyyət və Turizm şöbəsinin təşəbbüsü ilə tarixi-ənənəvi məzmunda səhnəciklər nümayiş edilmişdir. |
|
![]() |
![]() |
Milli Bayrağımız Əbədidir! | |
Şəhid Azər Niftəliyev adına mədəniyyət evində 08.10.2012-ci il tarixində “Bir kərə yüksələn bayraq, bir daha enməz!” başlığı altında 9 Noyabr Bayraq gününə həsr edilmiş konsert proqramı keçirildi. Konsert Dövlət Himni ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru Z.Bayramova açdı. Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Fidan” rəqs qrupu tədbirə daha da maraq qatdı. “Səda” instrumental ansanbılı öz musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşadı. Konsertdə xeyli sayda qəsəbə sakinləri iştirak etdi. | |
Bayrağımız qürur mənbəyimizdir ! | |
8 noyabr 2012-ci il tarixdə Şəhidlərin Xatirə muzeyində Bayraq Günü münasibətilə "Bayrağımız qürur mənbəyimizdir" mövzusunda tədbir keçirilmişdir. | |
![]() |
|
Bir kərə yüksələn bayraq, bir daha enməz ! | |
9 noyabr 2012-ci il Milli Bayraq günü münasibətilə Tarix muzeyində “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı dəyirmi masa keçirilmişdir. |
|
![]() |
|
Azərbaycan aləminin təkrarsız bülbülü! | |
1 noyabr 2012-ci il tarixdə Mingəçevir şəhər Tarix muzeyində Xalq artisti Azərbaycanın profesional vokal məktəbinin banisi SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laurieatı Bülbülün 115 illik yubileyi münasibətiləı sərgi və mühazirə keçirilmişdir. |
|
![]() |
|
Qurban bayramı | |
Mingəçevir şəhər mədəniyyət müəssisələri tərəfindən Qurban bayramı münasibətilə Heydər Əliyev parkında yerləşən Yay estrada səhnəsində konsert proqramı təşkil edilmişdir. | |
Dövlət Müstəqilliyi Günü | |
Mingəçevir şəhər mədəniyyət müəssisələri tərəfindən Heydər Əliyev parkında yerləşən Yay estrada səhnəsində 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə konsert proqramı təşkil edilmişdir. | |
“Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870-illik yubleyi” | |
“Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870-illik yubleyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Pirezidentinin 23 dekabr 2011 ci-il tarixli Sərəncamının icrası ilə əlaqədar 27 sentyabr 2012 ci-il tarixdə Mingəcevir Şəhər Tarix muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi və mühazirə təşkil edilmişdir. | |
Ümumdünya Turizm Günü | |
21 sentyabr 2012-ci il tarixdə Mingəçevir şəhər mədəniyyət müəssisələrində Ümumdünya Turizm Günü münasibətilə açıq qapı günü keçirilmişdir. Həmin gün mədəniyyət müəssisələri milli bayraqlarla bəzədilmiş, tamaşaçılara mədəni xidmət göstərilmişdir. Ümumdünya Turizm Günü münasibətilə keçirilən tədbirlər mətbuat orqanları tərəfindən yayımlanmışdır. |
|
Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü | |
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi 18.09.2012-ci il tarixdə Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü münasibətilə məktəbin qarşısında , açıq səma altında geniş konsert proqramı ilə çıxış etmişlər. | |
![]() |
|
F. Qasımov adına uşaq incəsənət məktəbinin konsert proqramı | |
09.09.2012-ci il tarixdə əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə H. Əliyev parkındakı Yay estrada səhnəsində F. Qasımov adına uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilmişdir. Konsertdə muğam , xalq mahnıları ifa olmuş, 1200 nəfərədək tamaşaçı iştirak etmişdir. |
|
Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin konsert proqramı |
|
08.09.2012-ci il tarixdə əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə H. Əliyev parkındakı Yay estrada səhnəsində Ü. Hacıbəyli adına 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilmişdir. Konsertdə muğam , xalq mahnıları ifa olmuş, 1000 nəfərədək tamaşaçı iştirak etmişdir. |
|
Polis günü | |
Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsinin bədii özfəaliyyət kollektivi 2012-ci ildə Azərbaycan Polisinin yaranması günü ilə bağlı Mingəçevir şəhər stadionunda konsert proqramı təşkil etmişdir. | |
![]() |
|
Şəhid F. Qasımov adına uşaq incəsənət məktəbinin kollektivi 2012-ci ilin yaz-yay aylarında əhalinin asudə vaxtının səmərəli təşkil etmək üçün Yay estrada səhnəsində konsert proqramı təşkil etmişdir. | |
![]() |
|
Silahlı qüvvələr günü | |
Şəhid F.Qasımov adına uşaq incəsənət məktəbinin kollektivi Silahlı qüvvələr günü ilə əlaqədar Mingəçevir "N" saylı hərbi hissədə konsert proqramı təşkil etmişdilər. | |
![]() |
|
Milli Qurtuluş Günü | |
Tarix muzeyində 15 iyun 2012-ci il tarixdə "Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilmişdir. | |
![]() |
|
15 İyun-Azərbaycanın şərəfli tarixidir | |
“15 İyun-Azərbaycanın şərəfli tarixidir” mövzusunda keçirilmiş tədbir haqqında məlumat. “Şəhidlərin Xatirə” muzeyinin həyətində 12.06.2012-ci il tarixində” Əfqan cəmiyyəti və Qarabağ əlilləri “cəmiyyətinin üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin xalqımızın azadlığı, müstəqilliyi uğrunda apardığı gərgin mübarizədən danışdı. | |
![]() |
|
Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının konserti | |
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ilin iyun ayının 14-də Mingəçevir şəhərində Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının konserti keçirilmişdir. Proqramda xalq rəqsləri və rəqs kompozisiyaları təqdim olunmuşdur. |
|
“Uşaqlar bizim gələcəyimizdir” | |
Şəhid A. Niftəliyev adına mədəniyyət evində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” başlığı altında tədbir təşkil olunmuşdur. | |
![]() |
![]() |
Uşaqların Beynəlxalq Müdafiəsi günü | |
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə Uşaq bağçası və körpələr evinin ekskursiyası təşkil olunmuşdur. | |
|
|
Uşaqların Beynəlxalq Müdafiə günü | |
1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə tarix muzeyində “ Uşaqlara dövlət qayğısı ” adlı mühazirə oxumuşdur. Mühazirədə dövlətimiz tərəfindən uşaqlara olunan qayğıdan, ölkəmizdə uşaq hüquqlarının qorunmasından, uşaqların düzgün yetişdirilməsi üçün yaradılmış şərait və imkanlardan söz açılmışdı. |
|
|
|
Respublika Günü | |
"Gənclik klubu" 28 may 2012-ci il tarixdə "Respublika Günü" bayramı münasibətilə tədbir təşkil etmişdir. Tədbirdə şəhərimizin fəal gəncləri iştirak etmişlər. |
|
|
|
Rəsm qalereyası - Abdulla Məmmədovun sərgisi | |
28.05.2012-ci il tarixdə Rəsm qalereyasında şəhər rəssamı Abdulla Məmmmədovun yaradıcılıq sərgisi keçirilmişdir. | |
ADR-in yaranmasının 94-cü ildönümü | |
Heydər Əliyev Mərkəzində 28 May 2012-ci ildə ADR-in yaranmasının 94-cü ildönümü ilə əlaqadar gənclərlə birgə" Müstəqil Azərbaycan ADR-in davamçısıdr " mövzusunda dəyirmi masa təşkil etmişdir. | |
"Yeni çağırış, Yeni İlham" | |
Heydər Əliyev Mərkəzində 22 may 2012-ci il tarixdə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar "Yeni çağırış, yeni İlham" başlığı altında tədbir və "açıq qapı" günü keçirilmişdir. | |
"Bədii Təhsil Həftəsi" | |
Bülbül adına 2 saylı uşaq musiqi məktəbi "Bədii Təhsil Həftəsi" ilə əlaqədar 19.05.2012-ci il tarixdə yay estrada səhnəsində tədbir təşkil etmişdir. | |
![]() |
![]() |
Skripka və fortepiano birgə konserti | |
19.05.2012-ci ildə Bülbül adına 2 saylı uşaq musiqi məktəbində skripka və fortepiano şöbəsinin birgə sinif konserti təşkil olunmuşdur. | |
![]() |
![]() |
![]() |
![]() |
Q. Qarayevin yaradıcılıq gecəsi | |
18.05.2012-ci ildə Bülbül adına 2 saylı uşaq musiq məktəbində Q. Qarayevin yaradıcılıq gecəsi təşkil olunmuşdur. | |
![]() |
![]() |
Beynəlxalq Muzeylər Günü | |
2012-ci ilin may ayının 18-də Mingəçevir şəhər Tarix muzeyində Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilmişdir. |
|
![]() |
![]() |
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu İldönümü | |
10 may 2012-ci il tarixdə Yay estrada səhnəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş geniş konsert proqramı təşkil edilmişdir. Konsertdə Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi çıxış etmişlər. |
|
Ulu Öndərin anadan olmasının 89-cu ildönümü | |
Heydər Əliyev Mərkəzinə Ulu Öndərin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar şəhərimizin orta ümumtəhsil müəssisələrinin ekskursiyası təşkil olunmuşdur. | |
9 May Qələbə Günü | |
9 may 2012-ci ildə S. Vurğun adına mədəniyyət evinin bədii özfəaliiyət kollektivi 9 May Qələbə Günü münasibətilə konsert proqramı təşkil etmişdir. | |
![]() |
|
9 May Qələbə Günü | |
07.05.2012-ci il tarixdə Mədəniyyət və Turizm şöbəsi Şəhid A. Niftəliyev adına mədəniyyət evində 9 May Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsi Veteranları ilə görüş keçirilmişdir. Tədbiri mədəniyyət evinin direktoru Zəhra Bayramova açdı. Sonra çıxış üçün sözü Böyük Vətən Müharibəsi Veteranı Bayramov Əhməd Tahir oğluna verdi. O, müharibə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Sonra əmək veteranı İmanov Yədulla Həbib oğlu da çıxış edərək, Qələbə günü münasibətilə müharibə veteranlarını təbrik etdi. Tədbirdə “Səda” instrumental ansamblı konsert proqramı ilə çıxış etdi. Tədbirdə 20 nəfər iştirak etdi. |
|
![]() |
|
Musiqi Not Bayramı | |
05 may 2012-ci il tarixdə "Bülbül" adına Uşaq Musiqi Məktəbində "Not Bayramı" münasibətilə musiqili tədbir keçirilmişdir. Tədbirdə "Bülbül" adına Uşaq Musiqi Məkətbinin gənc istedadlı şagirdləri maraqlı musiqili səhnəciklərlə çıxış etdilər. |
|
![]() |
![]() |
![]() |
![]() |
“Torpaq uğrunda ölən varsa vətəndir” mövzusunda tədbir | |
04 may 2012-ci il tarixdə Şəhidlərin xatirə muzeyində “Torpaq uğrunda ölən varsa vətəndir” mövzusunda tədbir təşkil edilmişdir. Ötən əsrin sonunda torpaqlarımız bədnam qonşularımız tərəfindən işğal olundu.Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə Mingəçevir öz igidləri ilə seçilib.İndi Mingəçevirin “Şəhidlər Xiyabanı”nda 323 ərən uyuyur. Onların xatirəsini yad etmək üçün muzeydə "Torpaq uğrunda ölən varsa vətəndir" mövzusunda şəhid ailələrinin,kitabxana işçilərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələri öz övladları haqqında xatirələrini danışmiş,tədbirdə iştirak edən məktəblilər “Qəhrəmanlıq səlnaməsi” mövzusunda şeir-kompazisiyası söyləmişdilər. Sonda muzeyin şöbə mudiri S.Quliyeva öz çıxışında bildirdi ki,”Belə igid övladları olan xalq ağlamaz.Bir həqiqət gün kimi aydındır ki, xalq yaşayırsa,onun şəhidlərinin qanı heç vaxt yerdə qalmayacaq. Biz inanırıq ki, o gün gələcək işğal altında qalan torpaqlarımız azad olunacaq, şəhidlərimizin ruhu rahatlıq tapacaq. |
|
![]() |
![]() |
Şəhidlərin xatirə muzeyində “Əbədiyyətə qovuşanlar” | |
Mingəçevir Şəhidlərinin xatirəsini bir daha yad etmək üçün 01.05.2012-ci il tarixdə Şəhidlərin xatirə muzeyində “Əbədiyyətə qovuşanlar” mövzusunda şəhid ailələrinin və 12 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə söhbət keçirilmişdi. | |
![]() |
![]() |
Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi | |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 16.03.2012-ci il tarixli, 124 nömrəli əmrinə əsasən xor kollektivlərinin III Respublika müsabiqəsinin zona üzrə baxışı 24-25 aprel 2012-ci il tarixlərdə Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi, Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində keçirilmişdir. Müsabiqədə Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbininin, şəhid F.Qasımov adına Uşaq İncəsənət məkəbinin, "Bülbül" adına 2 saylı Uşaq musiqi məktəbinin xor kollektivi yüksək səviyyədə çıxış etmişlər. |
|
|
|
Şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbi | |
![]() |
![]() |
"Bülbül" adına 2 saylı Uşaq Musiqi məktəbi | |
![]() |
![]() |
"Bülbül" adına 2 saylı Uşaq məktəbinin "Xarı Bülbül" ansamblı | |
"Bülbül" adına 2 saylı Uşaq məktəbinin "Xarı Bülbül" ansamblı və "Sazçalanlar" qrupu orta məktəb şagirdlərinin musiqiyə marağını artırmaq məqsədilə 23 aprel 2012-ci il tarixidə DRES qəsəbəsində yerləşən 19 saylı orta məktəbdə, 24 aprel 2012-ci il tarixdə isə 18 saylı orta məktəbdə rəngarəng musiqi nömrələri ilə konsert proqramları təşkil etmişdir. |
|
![]() |
![]() |
18 Aprel Tarixi Abidələrin Beynəlxalq Mühafizəsi günüdür | |
18 Aprel-Abidələrin Beynəlxalq Mühafizəsi günüdür. Bu münasibətlə Mingəçevir şəhər Şəhidlər Xiyabanında yerləşən “Azərbaycanlıların Soyqırımı və Deportasiyası” abidəsi önündə tədbir keçirilmişdir. |
|
![]() |
![]() |
15 aprel Beynəlxalq Mədəniyyət Günü | |
15 aprel Beynəlxalq Mədəniyyət Günü “Bülbül” adına 2 saylı Uşaq musiqi məktəbində qeyd edilmişdir. |
|
![]() |
![]() |
II Respublika Dekorativ-tətbiqi sənət festivalı | |
2012-ci ilin aprel ayında Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Gəncədə keçirilən "II Respublika Dekorativ-tətbiqi sənət festivalı"nda Mingəçevir şəhərini təmsil edən 4 nəfər rəssamın əl işləri sərgidə nümayiş etdirilmişdir. Onlardan iki nəfəri Mədəniyyət və Turizm nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. | |
Azərbaycanlıların Soyqırım günü | |
Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırım günü ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur. | |
"Novruz Bayramı" | |
"Bülbül" adına Uşaq Musiqi məktəbi "Novruz bayramı" ümumşəhər tədbirində iştirak etmişdir. |
|
![]() |
![]() |
"HEYDƏR ƏLİYEV və Azərbaycanda Qadın Hərəkatı" | |
Heydər Əliyev Mərkəzində ziyalıların " Zəka" klubunun 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar "HEYDƏR ƏLİYEV və Azərbaycanda Qadın Hərəkatı" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. | |
"8 mart Beynəlxalq Qadınlar Günü" bayramı | |
07 mart 2012-ci il tarixdə M.Davudova adına Mingəçevir şəhər Dövlət Dram Teatrında Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin "8 Mart Beynəlxalq Qadınlar Günü" bayramı münasibətilə konsert proqramı təşkil edilmişdir. |
|
![]() |
![]() |
Xocalı Soyqırımının 20-ci ldönümü | |
Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı Soyqırımının 20-ci ldönümü ilə əlaqədar "Heydər Əliyev Siyasi Xəttinin Ardıcılları" Gənclərin diskussiya klubunun " Xocalı Soyqırımı Gənclərin gözü ilə " mövzusunda dəyirmi masa təşkil olunmuşdur. | |
Xocalının 20-ci ildönümü | |
24.02.2012 ci il tarixdə şəhər klubu Xocalının 20-ci ildönümü münasibəti ilə ədəbi-bədii kompozisiya təşkil etmişdir. | |
![]() |
|
Gənclərin hərbi hissəyə yola salma mərasimi | |
2012-ci ilin yanvar ayında S. Vurğun adına mədəniyyət evinin bədii özfəaliyyət kollektivi gənclərin hərbi hissəyə yola salma mərasimində konsert proqramı ilə çıxış etmişdir. | |
![]() |
|
20 Yanvar faciəsinin 22-ci ildönümü | |
Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. | |
Dünya Azərbaycanlılarının Həmrəylik Günü | |
Mingəçevir şəhəri, Mədəniyyət və Turizm şöbəsi, Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində 29 dekabr 2011-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilmişdir. |
|
![]() |
![]() |