2013-cü ildə keçirilən tədbirlər

“Gənclərimiz xalqımızın başına gətirilən faciələri unutmamalıdırlar ”
Heydər Əliyev Mərkəzinin təsdiq olunmuş 2013-cü il İş Planına uyğun olaraq 29 Mart 2013-cü il tarixində Mərkəzin akt zalında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Gənclərimiz xalqımızın başına gətirilən faciələri unutmamalıdırlar ” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri, tələbə gənclər təşkilatlarının sədrləri, YAP şəhər təşkilatının Gənclər birliyinin üzvləri, ərazi təşkilatlarının aktiv gəncləri həmçinin Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən fəal gənclər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Soyqırım qurbanlarını 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru B.Mustafayev 31 Mart Azərbaycanlıların Soyqırımı haqqında ətraflı məlumat verdi. Ulu Öndərin 1998-ci il 26 Mart tarixli sərəncamı ilə ilk dəfə Soyqırım qurbanlarına hüquqi-siyasi qiymət verməsini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra Müəllimlər İnstitunun müəlliməsi Lamiyə İbrahimova, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Samirə Hacıyeva və birliyin üzvü Vüsal Məmmədov və digərləri Soyqırım haqqında fikirlərini bölüşdülər. Həmçinin Ü.Hacıbəyli adına 11 illik Musiqi məkətbinin müəlliməsi Babayeva Aysel və Qaçayeva Minarə Soyqırım haqqında fikirlərini bildirdilər.
Tədbir iştirakçıların fikir mübadiləsi şəklində davam etdirildi və yerli kütləvi informasiya vasitələrində ətraflı işıqlandırılmışdır.
Tədbirdə 55 nəfər iştirak etmişdir.
 
Narkomaniya və onun fəsadları

    28 mart 2013-cü il tarixdə M.Füzuli adına 4 saylı filial- kitabxananın Oxu zalında 18 saylı orta məktəbin şagirdləri ilə birgə “Narkomaniya və onun fəsadları” mövzusunda söhbət aparıldı. Tədbiri filial-kitabxananın müdiri Şükufə xanım Əhmədova açaraq bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün təhlükəlidir. Narkomanlıq yolxucu xəstəlik olmaqla yanaşı, cinayətkarlığın, zorakılığın və digər zərərli vərdişlərin yaranmasına səbəb olur. Gələcəyimiz olan gəncləri əsrin dəhşətli bəlasından qorumaq, onları düzgün istiqamətə yönəltmək üçün bütün imkanlardan istifadə olunmalıdır. 11- ci sinif şagirdi Məmmədova Arzu narkomaniyanın törətdiyi fəsadlar haqqında tədbirdə iştirak edən gənclərə ətraflı məlumat verdi. Qeyd etdi ki, narkomaniya haqqında hər bir vətəndaş maarifləndirilməli, xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Tədbirdə 15 nəfər iştirak edirdi.

 
Bahar nəğmələri
9-19 mart 2013-cü il tarixlərdə ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının  keçirilməsi ilə əlaqədar Mingəçevir şəhər  Bülbül adına 2 saylı uşaq musiqi məktəbində   9 mart 2013-cü ildə məktəbin səs şöbəsinin IV sinif şagirdi Tağıyev Rüstəm Rəşad oğlunun ifasında “Heyratı”, “Gül açdı” xalq mahnısı, “Şahnaz” muğamı, məktəbin saz sinifinin IV sinif  şagirdi Quluzadə Səbinə Rəfail qızının ifasında “Bahar olsun” xalq mahnısı, “Niyə döndü” xalq mahnısı, məktəbin  səs şöbəsinin IV sinif şagirdi Allahverdiyev Rəvan Sərdar oğlunun ifasında “Qarabağ” şikəstəsi, “Qatar” muğamı, “Bayatı-Şiraz” təsnifi, martın 13-də üçlük ( Qasımov Ayaz Şirəli oğlu tarda, Cəlilov Faiq Oktay oğlu --- kamançada, Orucov İlqar İslam oğlu nağarada) məktəbin səs müəllimi Həsənov Tahirin ifasında “Mahur” muğamı, “Arazbarı” zərb muğamı , məktəbin səs müəllimi Şəmilov Nizami Yəhya oğlunun ifasında Bayatı-Şiraz muğamı, “Simayi Şəms” ritmik muğamı, məktəbin səs müəllimi Mahmudov Vüqar Mahmud oğlunun  ifasında “Bayatı Kürd” muğamı, “Qarabağ” şikəstəsi,  martın 16-da məktəbin səs şöbəsinin III sinif şagirdi Səfərov Novruz Fazil oğlunun ifasında “Qatar” muğamı, “Apardı sellər Saranı” xalq mahnısı, məktəbin səs şöbəsinin III sinif şagirdi Sadıqov  Cavid Nəcəfqulu oğlunun ifasında “Şahnaz” muğamı, “Qaçaq Nəbi” xalq mahnısı, məktəbin səs şöbəsinin IV sinif şagirdi Ağazadə Aytac Seyfəli qızının ifasında “Rast” muğamı, “Afu kimi” xalq mahnısı  konsert proqramı təşkil edilmişdi.
 
Novruz bayramı
Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi və onun müəssisələri hər il olduğu kimi bu il də öz ənənəsinə sadiq qalaraq Novruzun ayrı-ayrı çərşənbələrini bir-birindən maraqlı tədbirlərlə, ədəbi-bədii, əyləncəli proqramlarla xüsusi şənliklərlə qeyd edir. Bu proqramların möhtəşəm keçirilməsində mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışları daha maraqlı olmuş, milli folklor nümunələri keçirilən tədbirlərlə xüsusi təravət  gətirmişdir.
 
 
Xocalı Soyqırımının 21-ci ildönümü

Mingəçevir şəhər İcra Hakimiyyətinin Xocalı Soyqırımının 21-ci ildönümünün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq  25 Fevral 2013-cü il tarixində  HEYDƏR ƏLİYEV Mərkəzində  “HEYDƏR ƏLİYEV Siyasi Xəttinin Ardıcılları”  Gənclərin Diskussiya klubunun “Xocalı Soyqırımı Gənclərin gözü ilə” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. 

 
Şəhid A.Niftəliyev adına mədəniyyət evində 26 fevral 2013-cü il tarixdə Xocalı faciəsi ilə əlaqədar kompozisiya təşkil edilmişdir.
 
"Qanlı yanvar"
18 yanvar 2013-cü il tarixdə Şəhid A.Niftəliyev adına mədəniyyət evində "Qanlı Yanvar" başlıqda tədbir təşkil olunmuşdur.