**Kür** Hotel

    "Kür Hotel" Mingəçevir şəhərinin mərkəzinə yaxın, qumlu çimərliklərindən isə maşınla 5 dəqiqəlik məsafədə füsunkar təbiətin qoynunda, Kür çayının sahilində yerləşir. "Kür Hotel" bütün qonaqlara sərfəli qiymətə, müasir standartlara uyğun yüksək səviyyəli xidmət təklif edir. "Kür Hotel"-in qonaqlarımıza Kür çayına əsrarəngiz mənzərə ilə açılan 48 otaq və apartamentlər təklif edir. Bu otaq və apartamentlər bütün 4 ulduzlu otellərdə rast gəlinən beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilmişdir ki, bu da öz növbəsində qonaqları öz evindəki kimi hiss etməyə imkan verir.
    İstirahət zamanı siz müasir olimpik standartlarına uyğun üzgüçülük hovuzu, trenajor zalı, geniş imkanlı idman zalı və açıq səma altında yerləşən tennis kortundan isitfadə edə bilərsiniz. İdmandan sonra isə sauna, buxar otağı və yumşaq massaj sizi tam rahatlığa qərq edəcək. Kür çayı üzərində gəmi ilə gəzinti və balıq ovu isə sizlərə tam başqa istirahət bəxş edəcək. Özünüzü və yaxud ailə və yaxınlarınızın sağlam idman formasında olmağını istəsəniz bizim gülərüz və professional idman mütəxəssislərimiz fitnes və relaks idman proqramları ilə sizi təmin edə bilər.

Ətraflı    

 

**RiverSide** Hotel

    Mingəçevir  şəhərinin mərkəzindən cəmi 1 km uzaqlıqda Kür çayının gözəl mənzərəli sahilində yerləşən  müasir otelimizdə xoş və  sakit  vaxt keçirə bilərsiniz. Kür çayının  səfalı qoynunda yerləşən River Side oteli həm asudə vaxtını keçirmək istəyənlərə həm də biznes səyahətində olanlara xoş və gözəl istirahət etmək imkanı verir . Həmçinin vaxtınızı  balıqçılıq və ovçuluqla məşqul olmaqla, motorlu və motorsuz qayıqlarla Kür çayının hövzəsində su turuna çıxmaqla, idman və sağlamlıq mərkəzindən istifadə etməklə, açıq  hovuzda üzgüçülüklə məşqul olmaqla keçirə bilərsiniz. Mingəçevir  şəhərinin ən səfalı yerində yerləşən 4 ulduzlu oteldə qalmaqdan zövq alacaqsınız.

Ətraflı